Stiven Eustakio DÇ-2026-da ilk pley-off matçının ən yaxşısı seçildi
Futbol üzrə Kanada millisinin yarımmüdafiəçisi Stiven Eustakio DÇ-2026-nın 1/16 final mərhələsində CAR-a qarşı keçirilən oyunun ən yaxşı futbolçusu seçilib. İdman.Biz xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. Kanada millisinin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə Eustakio həlledici qola imza atıb.