"Mançester Siti" mərakeşli yarımmüdafiəçini transfer etmək istəyir
"Mançester Siti" mərakeşli yarımmüdafiəçi Ayyub Buaddinin transferi ilə bağlı "Lill"lə danışıqlara başlayıb. Day.Az Trend-ə istinadən bildirir ki, İngiltərə klubu artıq "Lill"in oyunçusu ilə ilkin əlaqə qurub. Buaddi "Lill"in yetirməsidir. O, ötən mövsüm bütün yarışlarda 42 oyun keçirib və bir məhsuldar ötürmə edib.