Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər
İyunun 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Bulvarında keçirilən "CandyFest" yay festivalını ziyarət ediblər. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə qonaqlara festival barədə ətraflı məlumat verilib.