Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 26-da ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.