Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumatına görə, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.