Dərmanların eyni vaxtda qəbulu niyə önəmlidir?
Mütəxəssislər bildirirlər ki, dərmanların təsiri onların günün hansı saatında qəbul edilməsindən asılı olaraq dəyişə bilər. Bu, orqanizmin bioloji saatı ilə əlaqədardır. Gün ərzində dərmanları parçalayan fermentlərin fəaliyyəti dəyişdiyi üçün bəzi preparatlar fərqli vaxtlarda daha təsirli ola bilir.