ABŞ tarixin ən çətin dünya çempionatının təşkilində iştirak edir
2026-cı il futbol üzrə dünya çempionatı tarixin ən çətin idman tədbiridir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Antoni Trankina Bakıdakı səfirliyin təşkil etdiyi "USA-Türkiye World Cup Watch Party" tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.