Qiymətləndirmə fəaliyyəti üzrə test imtahanında 272 nəfər iştirak edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 28-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək. DİM-dən Day.Az-a bildirilib ki, imtahan Bakı şəhərində Mərkəzin elektron imtahanlar korpusunda təşkil olunacaq. İmtahan vermək üçün 272 nəfər müraciət edib.