Ötən həftə 113 mina zərərsizləşdirilib
Azad olunan ərazilərdə iyunun 16-dan 21-dək 29 tank əleyhinə mina, 84 piyada əleyhinə mina, 514 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, 1 710.16 hektar ərazi minalardan təmizlənib.