Azərbaycanda təbii qaz hasilatı artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda 20,935 milyard kubmetr təbii qaz hasil edilib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4 milyon kubmetr və ya 0,12 faiz artıb.