DÇ-2026: Braziliya inamlı qələbə qazandı
Braziliya millisi DÇ-nin qrup mərhələsinin II turunda Haitini 3:0 hesabı ilə rahat məğlub edərək C qrupunda liderliyə yüksəlib və rəqibini turnirdən kənarlaşdırıb. Day.Az xəbər verir ki, Filadelfiyada baş tutan matçda "sambaçılar" qələbəni elə ilk hissədə təmin ediblər.