Cənubi Qafqazda davamlı sülh ticarət və əlaqə üçün yeni imkanlar açacaq
Bir nəsil ərzində ilk dəfə olaraq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün real perspektiv var. Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Duncan Norman Kral III Çarlzın rəsmi ad günü münasibətilə keçirilən qəbulda bildirib.