Magistral yola düşən təyyarə alovlanıb
ABŞ-nin Texas ştatının Laredo şəhərində baş verən hadisə böyük panikaya səbəb olub. Day.Az xarici mediaya istinadən xəbər verir ki, kiçik təyyarə naməlum səbəbdən magistral yola düşərək qəzaya uğrayıb və qısa müddət sonra alovlanıb. Hadisə yerində olan şahidlər qəzanın qəfil və çox sürətli baş verdiyini bildiriblər.