Almaniya Aİ-Azərbaycan münasibətlərini dəstəkləyir
Avropa İttifaqının ən böyük iqtisadiyyatı və Avropa inkişafının fəal tərəfdarı olan Almaniya həmişə Aİ ilə Azərbaycan arasında güclü münasibətlər saxlayıb. Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat brifinqi zamanı bildirib.