Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. Mərkəzdən Day.Az-a verilən məlumata görə, imtahan Bakı, Sumqayıt və Abşeronda təşkil olunub. İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İyunun 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq.