ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb
ABŞ-nin şimal-qərbində, Vaşinqton ştatının Yakima dairəsində hərbi təyyarə qəzaya uğrayıb. Bu barədə "Fox News" televiziya kanalının yerli şöbəsi xəbər verib. Məlumata əsasən, pilot katapult edərək xəstəxanaya aparılıb. Qəzanın səbəbi hələlik açıqlanmayıb. Qəza nəticəsində meşə yanğını başlayıb.