Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata əsasən, imtahan respublikanın 3 şəhər və rayonunda - Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq.