ABŞ İranın neft ixracına yol verməyəcək
Amerika tərəfi İran neftinin "qanunsuz daşınmasına" və İrana qarşı dəniz blokadasını pozmaq cəhdlərinə yol verməyəcək. ABŞ Dövlət Departamenti xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə telefon danışığı zamanı bildirib.