Emin Əmrullayev məzunları təbrik etdi
Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında "Son Zəng"lə bağlı paylaşım edib. Day.Az xəbər verir ki, paylaşımda deyilir: "Əziz məzunlar, Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı.