Rusiyada avtomobil partladılıb
Rusiyada Moskva vilayətinin Balaşixa şəhərində "BMW" markalı avtomobil partladılıb. Day.Az bu barədə Rusiya mediasına istinadən xəbər verir. Məlumata görə, hadisə nəticəsində avtomobildə olan sürücü həlak olub. İlkin məlumata görə, insident yerli vaxtla 05:30 radələrində Aviatorlar mikrorayonunun Koldunva küçəsində baş verib.