Ermənistan xalqı seçkilərdə sülhə səs verib
Ermənistan xalqı keçirilən parlament seçkilərində sülhə, regional rifaha və hərtərəfli əməkdaşlığa səs verib. Day.Az xəbər verir, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan səsvermənin nəticələrinə dair keçirdiyi brifinqdə bildirib. O, bu siyasi mesajın qonşu dövlətlər tərəfindən konstruktiv qarşılanacağına ümid etdiyini ifadə edib.