İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
İyunun 8-də Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçiriləcək. Day.Az xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb. Məlumatda qeyd edilib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək görüş İstanbulda baş tutacaq.