ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ-ın Ohayo ştatının Toledo şəhərində keçirilən ənənəvi "Old West End" festivalı yaxınlığında silahlı insident baş verib. APA xəbər verir ki, məlumata görə, qəfildən azı iki nəfər bir-birinə atəş açmağa başlayıb və nəticədə ətrafdakı insanlar da güllələrə tuş gəlib.