Həkim başgicəllənmənin səbəbləri və təhlükəsi barədə
Mütəxəssislərin məlumatına görə, başgicəllənmə (vertigo) insanların çoxunun həyatında rastlaşdığı ümumi haldır. Day.Az xəbər verir ki, statistikaya əsasən, gənc yaşlı insanların təxminən 2%-i, yaşlıların isə 10%-ə qədəri bu şikayətlə həkimə müraciət edir. Qadınlarda bu hal kişilərə nisbətən 2-4 dəfə daha çox müşahidə olunur.