"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
"Midyullann"ın futbolçusu Aral Şimşir karyerasını ölkəsində davam etdirə bilər. Day.Az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" türkiyəli vingeri transfer etmək istəyir. Danimarka klubu Şimşir üçün 20 milyon avro tələb edir. 23 yaşlı oyunçu özü İstanbul nəhənginə keçməyə isti yanaşır.