Dövlət qurumlarında işləmək istəyənlərə
İyunun 5-də 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 16 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) Day.Az-a bildirilib ki, müsahibəyə çıxarılan vəzifələrdən 4-ü ikinci, 11-i üçüncü, 1-i isə dördüncü təsnifata aiddir.