Rusiyanın Azərbaycana kənd təsərrüfatı məhsulları ixracının illik həcmi açıqlandı
Rusiyanın Azərbaycana kənd təsərrüfatı məhsulları ixracı ildə təxminən 800 milyon dollar təşkil edir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya İxrac Mərkəzinin (REC) Azərbaycandakı ofisinin rəhbəri Nuri Quliyev "Rusiya istehsalı" adlı qala-şam yeməyində bildirib.