Moskva Bakı ilə humanitar əlaqələrin bərpasını istəyir
Yaranmış fasilədən sonra Rusiya-Azərbaycan arasında mədəni-humanitar sahədə tamdəyərli əməkdaşlığın bərpası zəruridir. Day.Az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə bildirib.