Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib. Bu barədə Day.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz.