Azad edilmiş ərazilərdə su infrastrukturu genişlənir
Azad edilmiş ərazilərdə 6 321 abonent su təchizatı xidmətləri ilə əhatə olunub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Day.Az-a verilən məlumata görə, hazırda Xankəndidə 3 264, Füzulidə 878, Cəbrayılda 690, Şuşada 535, Laçında 380, Xocavənddə 367 və Kəlbəcərdə 207 abonentə su təchizatı xidmətləri göstərilir.