Azərbaycan startapları “Silicon Valley May Summit 2026” tədbirində “Global Startup Showcase” səhnəsinə çıxıb
Mayın 19 - 21-i tarixlərində Kaliforniyanın Sunniveyl şəhərində, "Plug and Play" şirkətinin baş ofisində "Silicon Valley May Summit 2026" tədbiri keçirilib. Üç gün davam edən tədbir bu il 17 fərqli sənaye proqramı üzrə 300-dən çox startapı, 4 000-dən çox iştirakçını, korporativ tərəfdaşları və investorları bir araya gətirib.