BTQ modernləşdirmədən sonra tam gücü ilə istismara verildi
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti modernləşdirmə işlərinin tamamlanmasından sonra tam gücü ilə istismara verilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı keçirilən rəsmi mərasimdə xəttin istifadəyə verilməsi simvolik düymənin basılması ilə qeyd olunub.