Fuad Çıraqov Gürcüstanda təhsil məsələləri üzrə müşavir oldu
Fuad Çıraqov Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində müşavir vəzifəsinə təyin edilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, o, təhsil məsələləri üzrə müşavir vəzifəsini icra edəcək. Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb.