Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabah avtomobil yollarındagözlənilən vəziyyət açıqlanıb. Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 31-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə dumanlı hava müşahidə olunacaq. Proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsi azalacaq.