Bağırsaqları rahatladan və həzmi yaxşılaşdıran 6 çay növü
Mütəxəssislər bağırsaq fəaliyyətini yaxşılaşdıran və həzmi rahatlaşdıran ən faydalı çay növlərini açıqlayıb. Day.Az xəbər verir ki, araşdırmalara görə, zəncəfil çayı ürəkbulanma, köp və mədə narahatlığını azaltmağa kömək edir. Nanə çayı isə bağırsaq əzələlərini rahatlaşdıraraq qıcıqlanmış bağırsaq sindromunun simptomlarını yüngülləşdirir.