Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Trend xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə 29 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.