İqlim dəyişikliklərinə həssas regionlar üzrə erkən xəbərdarlıq sistemi qurulacaq
İqlim dəyişikliklərinə həssas regionlar üzrə erkən xəbərdarlıq sistemi qurulacaq. Day.Az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.