Milli Məclis Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb
Milli Məclis Qurban bayramı və Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Day.Az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova təbrik məktubu ünvanlanması təklifi ilə parlamentin bugünkü plenar iclasında çıxış edib. Təklif alqışlarla qəbul edilib.