İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir: "Möhtərəm İlham Heydər oğlu. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır və ən dərin ehtiramımı ifadə edirəm.