Meteohəssas şəxslərin nəzərinə
Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Day.Az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir. Məlumata görə, sabah hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Belə ki, mayın 26-da Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir.