Rüşvət almaqda təqsirləndirilən şəxslərə hökm oxundu
Rüşvət almaqda təqsirləndirilən Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi üzrə növbəti məhkəmə yekunlaşıb. Day.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eyvaz Niftalıyev 10 il, Ramis Hümmətov 9 il müddətə azadlıqdan məhrum edilib.