Azərbaycan startapları Silikon Vadisi ekosistemi ilə əlaqələri gücləndirir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Plug and Play" innovasiya şirkətinin tərəfdaşlığı ilə keçirilən "GOAL" proqramının qalib startapları Silikon Vadisində görüşlər keçirib. Bu xüsusda Azərbaycan startapları ilə "Plug and Play" şirkətinin baş icraçı direktoru Saed Amiri arasında görüş baş tutub.