Terrorla mübarizədə Pakistanla həmrəyik
Bu gün Pakistanın Bəlucistan əyalətində sərnişin qatarını hədəf alan terror hücumunu ən sərt şəkildə qınayır, həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və Pakistan xalqına başsağlığı veririk. AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında yer alıb.