Ağ Evin yaxınlığında atışma olub
Amerika Birləşmiş Ştatlarında Ağ Ev istiqamətində atışma olub. Day.Az-ın məlumatına görə, həmin şəxs əraziyə silah ilə yaxınlaşıb və bir neçə dəfə atəş açıb. Bundan sonra Məxfi Xidmətin əməkdaşları cavab atəşi açaraq, silahlını zərərsizləşdiriblər. Hadisə zamanı 1 mülki şəxsin xəsarət aldığı bildirilir.