Tənzimlənmə mənzil qiymətlərində artımın qarşısını alacaq
Dünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının yekun sənədi olan "Bakı Fəaliyyətə Çağırış"da artan mənzil qiymətləri və daşınmaz əmlak spekulyasiyaları ilə mübarizə aparmaq üçün torpaq sistemlərinin daha güclü dövlət və yerli idarəçiliyinə çağırış edilir. Trend bu barədə yekun sənədə istinadla xəbər verir.