Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.