İsmayıllı-Lahıc yolunda qaya uçqunu:
Lahıc-Burovdal avtomobil yolunun 17 və 17,2-ci kilometrlik hissələrində qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.