Misli Premyer Liqası: “Şamaxı” “Turan Tovuz”a, “Qarabağ” “İmişli”yə qarşı
Misli Premyer Liqasında 32-ci tur davam edir. Day.Az Trend-ə istinadən xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Həm "Qarabağ"ın, həm də "Turan Tovuz"un gümüş medal qazanmaq şansı qaldığı üçün bu komandaların oyunları eyni vaxtda start götürəcək. "Qarabağ" öz meydanında "İmişli"ni qəbul edəcək.