Muzeylərə giriş ödənişsiz olunacaq
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "açıq qapı" günü keçiriləcək. Bu barədə Day.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.