"Xarıbülbül" festivalı insanların öz doğma yurdlarına qayıdışının rəmzidir
Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı insanların öz doğma yurdlarına qayıdışının rəmzidir. Day.Az bildirir ki, bunu Trend-ə festival iştirakçısı, Azərbaycanın əməkdar artisti, virtuoz skripkaçı Elvin Hoca Qəniyev bildirib. "Bu, mənim üçün çox xüsusi bir andır. Şuşada olduğum üçün səmimi qəlbdən qürur duyuram.